Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Gəncə “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayır


24 dekabr 2013-cü il tarixindən Gəncə “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayır.

Mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə şəhəri ilə yanaşı Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonu üzrə qeydiyyatda olan 1 milyona yaxın vətəndaş yararlana biləcəkdir.

Gəncə “ASAN xidmət” mərkəzi Gəncə şəhəri Heydər Əliyev prospekti 87a ünvanında yerləşir və həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.


Tarix: 23-12-2013 13:16