Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

SƏYYAR ASAN XİDMƏT YEVLAXDA


Azərbaycan Respublikasının Prezidentinin  tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Cari il 5-21 sentyabr tarixində Mingəçevir və Yevlaxın ümumi sayı 200000-dən çox olan sakinləri Səyyar “ASAN  Xidmət”dən Yevlax  rayonunda  yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti                                

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməs

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Tarix: 03-09-2013 17:06