Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” “Foreign Affairs” jurnalında


“Foreign Affairs” jurnalının yanvar-fevral sayında Azərbaycana həsr olunmuş “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” (Azerbaijan 2020: Turning Strength into Sustainability) adlı xüsusi buraxılış dərc olunub.

Sözügedən buraxılışda Azərbaycanın siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, turizm potensialı, eləcə də, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa oyunları haqqında ətraflı məlumat yer alıb.

Buraxılışda, həmçinin, ölkəmizdə ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və "ASAN xidmət"-in fəaliyyətinə xüsusi yer ayrılıb. Qeyd olunub ki, dövlət xidmətlərinin göstərilməsi sahəsində  nümunəvi model olan “ASAN xidmət” təcrübəsinin digər ölkələrdə də tətbiqi faydalı ola bilər.

 

Məqalənin tam versiyası ilə BURADA tanış olmaq olar


Tarix: 08-01-2015 14:35