Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“İnnovativ idarəetmə məktəbi”-nin açılış mərasimi keçiriləcək


27 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “ASAN School”  könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan “İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçiriləcək.

İnnovativ idarəetmə məktəbi çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və həmçinin görüşlərdə könüllülər ölkənin bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək şansı əldə edəcəklər.

Layihənin açılış mərasimində Dövlət Agentliyinin sədri İnam Kərimov və Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirak edəcək.

Görüş zamanı  könüllülər onları maraqlandıran suallara cavab tapmaq və natiqlərlə ünsiyyətdə olmaq imkanı əldə edəcəklər.

 

Tədbirin tarixi və məkanı: 27 dekabr 2014-cü il, saat 14:00

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Bakı şəhəri, Lermontov küç., 74.


Tarix: 25-12-2014 14:45