Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüşlər keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən beynəlxalq əlaqələr fəaliyyətinin təmin edilməsi istiqamətində arıdıcıl tədbirlər davam etdirilir.

Belə ki, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin şöbə müdiri Saad Paraçanın, eyni zamanda Almaniya Federativ Respublikasının Münhen şəhərinin Baş Prokuroru Reinhard Röttlenin rəhbərlik etdikləri nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 60 milyona yaxın çox vətəndaş müraciəti qeydə alınıb.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində tərəflər arasında hazırda davam edən, eləcə də planlaşdırılan əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olublar.


Tarix: 27-01-2023 15:28