Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Özbəkistanın nümayəndə heyəti "ASAN xidmət"də


19 yanvar 2023-cü il  tarixində Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq üzrə Baş İdarəsinin rəis müavini Azizbek Mexmonovun rəhbərlik etdiyi nümayəndə heyəti  "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.


Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonaqlara, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu günədək 60 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. 


Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.


Nümayəndə heyəti "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.


Tarix: 19-01-2023 15:11