Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət və könüllülük fəaliyyəti” mövzusunda tədbir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gənclərin inkişaf və biliklərinin artırılması məqsədilə “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin həyata keçirilməsini təmin edir.

17, 18 və  19 noyabr 2014-cü il tarixində Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində “ASAN xidmət və könüllülük fəaliyyəti” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər Sabirabad “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətində Sabirabad və ətraf rayonlarda yaşayan gənclərin maarifləndirilməsi məqsədi ilə keçirilib.

İştirakçılara Azərbaycan Respublikasının “Könüllü Fəaliyyəti haqqında” Qanunu, “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin həyata keçirilməsi, mövcud perspektiv və imkanlar barədə məlumat verilib. Həmçinin, tədbirlərdə mərkəzdə könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün ilkin müraciətlər qəbul edilib.


Tarix: 19-11-2014 18:32