Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"ABAD"ın 6 yaşı qeyd olunub


23 sentyabr 2022-ci il tarixində  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ABAD" publik hüquqi şəxsin yaradılmasının 6 illiyi ilə əlaqədar tədbir təşkil olunub.


Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qurum əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

 "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev qurumun fəaliyyətinə dair videotəqdimatla çıxış edib.


Sonra xidməti fəaliyyətində fərqlənən əməkdaşlara təşəkkürnamələr və fəxri fərmanlar təqdim olunub.


Tarix: 23-09-2022 18:43