Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Vergi ödəyicilərinə xidmət” mövzusunda keçirilən regional seminarının iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar


7 noyabr 2014-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Vergi ödəyicilərinə xidmət” mövzusunda keçirilən regional seminarının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonaqların diqqətinə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-dan çox vətəndaşa xidmət göstərilib.

 “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.


Tarix: 07-11-2014 12:33