Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Azərbaycan Sovet Rəngkarlığı mövzusunda mühazirə


“ASAN xidmət”, YARAT Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam mərkəzi  və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə həsr olunan mühazirələr davam edir.

Növbəti mühazirə 31 oktyabr 2014-cü il tarixində saat 19:00-da Beynəlxalq Muğam mərkəzində sənətşünaslıq  üzrə fəlsəfə doktoru Xanım Əsgərova tərəfindən keçiriləcək. Mühazirə Azərbaycan Sovet Rəngkarlığı mövzusuna həsr olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində bugünə kimi 4 mühazirə təşkil olunub və ümumilikdə 650 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.


Tarix: 28-10-2014 14:24