Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"Teknofest Azerbaycan" festivalında "Sosial Texnologiyalar Müsabiqəsi"ndə 2-ci və 3-cü yer üzrə qaliblərin mükafatlandırılması baş tutub


"Teknofest - Azərbaycan" festivalında "Sosial Texnologiyalar Müsabiqəsi"ndə 2-ci və 3-cü yer üzrə qaliblərin mükafatlandırılması baş tutub.

 

Qalibləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mükafatlandırıb.

 

Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq B kateqoriyası üzrə "Two Dice" və"Hekeri" komandaları, C kateqoriyası üzrə isə "Kript 10" və "Nano C" komandaları tutub.

 

Festival çərçivəsində, həmçinin “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktara "ABAD"ın xatirə hədiyyəsi təqdim olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.


Tarix: 29-05-2022 21:20