Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” "Teknofest – Azərbaycan"da


Bakıda “Teknofest - Azərbaycan” - aviasiya, kosmos və texnologiya festivalına start verilib. 29 may tarixinədək davam edəcək festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festivalın tərəfdaşıdır.

Ümumilikdə Festivalda təşkil olunan sərgi pavilyonlarında Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “ABAD”ın, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi festival çərçivəsində təşkil olunan “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin təşkilatçısıdır.

Türkiyə Texnologiya Komandası Fondunun (T3) pavilyonunda “Bilim Bakı” mərkəzinin stendi də təqdim olunur.


Tarix: 26-05-2022 17:30