Press-relizlər

"DIGITAL IDEA CAMP” hakatonu keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Şamaxıda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “DIGITAL IDEA CAMP” hakatonu keçirilib.
 

Tədbirdə Dövlət Agentliyinin rəhbər şəxsləri və struktur bölmələrin rəhbərləri, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı iştirak ediblər.
 

Müsabiqə Dövlət Agentliyinin Aparatının, tabeli struktur-bölmələrin əməkdaşlarının innovasiya yönümlü potensiallarının aşkarlanması, həmçinin komanda quruculuğu və ideya inkişafı bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təşkil edilib. 39 komandanın aktiv iştirakı ilə tədbir boyunca 78 rəqəmsal layihə hazırlanaraq münsiflərə təqdim olunub. Sonda ən yüksək nəticə toplamış üç rəqəmsal layihə sahiblərinə pul mükafatı və digər dəyərli hədiyyələr verilib. Dövlət sektorunda çalışan əməkdaşların rəqəmsal və innovativ düşünmə bacarıqlarının artırılması məqsədilə “DIGITAL IDEA CAMP” hakaton tədbirlərinin dövlət təşkilatlarında davamlı olaraq keçirilməsinin vacibliyi Dövlət Agentliyinin rəhbərliyi tərəfindən qeyd edilib.
 

Tədbir zamanı Dövlət Agentliyinin 2022-2024 - cü illəri əhatə edən Strateji planı da iştirakçılara və qonaqlara təqdim edilib. Strateji planda, həmçinin innovasiya və rəqəmsallaşma istiqamətində növbəti üç il üzrə planlar, dövlət xidmətlərinin təqdim edilməsi və əlçatanlığının daha da yüksəldilməsi üzrə yol xəritəsi, “ASAN xidmət” modelinin genişləndirilməsinə dair hədəflər diqqətə çatdırılmışdır.
 

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.


Tarix: 20-09-2021 14:56