Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

Portuqaliyanın Dövlət Xidmətlərinin Modernləşdirilməsi üzrə Agentliyin inkişaf departamentinin rəhbəri Daniel Martins “ASAN xidmət” mərkəzi ilə tanış olub


26 sentyabr 2014-cü il tarixində  “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Portuqaliyanın Dövlət Xidmətlərinin Modernləşdirilməsi üzrə Agentliyin inkişaf departamentinin rəhbəri Daniel Martins Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı  “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət”-in fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qonaq Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdirəlayiq hesab etmiş, bu təcrübənin bir çox dövlətlərdə  ,o cümlədən, Portuqaliyada tətbiqinin faydalı ola biləcəyini diqqətə çatdırıb.

Diqqətə çatdırılıb ki, “ASAN xidmət” mərkəzlərində indiyədək 3 000 000-a yaxın vətəndaşa xidmət göstərilib.

“ASAN xidmət” mərkəzlərində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Tarix: 25-09-2014 14:06