Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

"YAŞAT" düşərgəsində 4-cü gün


“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi davam edir.

Düşərgənin dördüncü gününə səhər idmanı ilə start verilib.

Uşaqlar arasında əyləncəli viktorina da təşkil olunub və onlara müxtəlif hədiyyələr paylanılıb.

Sonra iştirakçıların iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyinə eksursiyası təşkil olunub.

Dördüncü gün uşaqların hovuz əyləncəsi və şou-musiqi proqramı ilə davam etdirilib.

Düşərgə müddətində tərəfdaş qurumlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim olunur.

Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.

Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.

Sponsorlar: “Paşa Həyat”, “Bravo”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), “Gazelli Group”, “Amo Group”, “Rabitəbank”, “Decoria”, “Port of Baku”, “Ali Nino”, “Mango, “Next”, “Slavyanka”, “Shokki Mokki”, “Panda Kids”, “Civil” “Oven” “Azərsun” , “Gallery Kids” , “Setex group” , “Happy day cake”.

Logistika dəstəyi: Bakı Nəqliyyat Agentliyi


Tarix: 16-07-2021 14:50