Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

www.esgeremektub.az saytı ictimaiyyətə təqdim olunub


23 oktyabr 2020-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub”  layihəsinin yeni hazırlanmış www.esgeremektub.az  saytı ictimaiyyətə təqdim olunub.  

Yeni sayt vasitəsi ilə vətəndaşların “ASAN ximət” mərkəzlərinə gəlmədən də istənilən vaxt onlayn formada Azərbaycan əsgərinə öz mesajını ünvanlamaq, ona öz mənəvi dəstəyini göstərmək imkanı yaradılıb. 

Həmçinin istifadəçilər müvafiq sayt vasitəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlar, şəhidlərimiz barədə məlumat əldə edə bilərlər. 

www.esgeremektub.az saytında “ASAN Könüllüləri” Təşkilatının vətənpərvərlik istiqamətində həyata keçirdiyi və planlaşdırılan layihələr də  əks olunur.


Tarix: 23-10-2020 16:34