Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”in 36 əməkdaşı könüllü olaraq ordu sıralarına qoşuldu


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb.

Onların arasında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının ailə üzvləri də var.

Xatırladaq ki, “ASAN xidmət”də şəhid ailələrinin 30-dan artıq üzvü və 15 nəfər qazi çalışır.

Azərbaycan Ordusuna haqq işində,  Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayırıq.

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!


Tarix: 30-09-2020 11:58