Press-relizlər

ASAN könüllüləri və “Azərsun”dan polislərə təşəkkür


“ASAN Könüllüləri" Təşkilatı "Azərsun" Holdinqin xüsusi karantin rejimi dövründəki sosial təşəbbüsünə dəstək göstərib.

4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə‭ ‬ üzrə‭ ‬ 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunur.

#VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.


Tarix: 24-04-2020 10:53