Press-relizlər

8 mart tarixində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür


8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri - iş günü olacaq.

Martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Hazırda 18 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

 


Tarix: 06-03-2020 11:31