Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

ASANın təqaüdçü könüllüləri səhnədə!


1 oktyabr 2019-cu il tarixində  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsəri əsasında hazırlanmış "Sığorta  əhvalatı" tamaşası səhnələşdirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Beynəlxalq Ahıllar Günü münasibəti ilə nümayiş olunan səhnə əsərinin iştirakçıları “ASAN xidmət”in təqaüdçü könüllüləri, həmçinin “Üçüncü Bahar” təşəbbüs qrupunun üzvləridir.

Tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır.

Sonda tamaşanın ərsəyə gəlməsində iştirak edən könüllülərə təşəkkürnamələr təqdim olunub.


Tarix: 02-10-2019 10:26