Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN Məktub” arzuları gerçəkləşdirir


“ASAN Məktub” çərçivəsində “ASAN Könüllüləri” Təşkilatı və “Bakcell” şirkətinin birgə əməkdaşlığı, "Məktəblinin Dostu" layihəsinin tərəfdaşlığı çərçivəsində "Bilik Günü" ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə 284 nömrəli məktəbdə təhsil alan 25 şagirdə “Bakcell” şirkəti tərəfindən məktəbli çantası və ləvazimatları hədiyyə edilib.

“ASAN Məktub” layihəsinin əsas məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətdə qayğı hissini daha da artırmaqdır.

İndiyədək www.asanmektub.az saytına 3757 müraciət olub və bunlardan 3663-ü reallaşdırılıb.

Siz də sayta daxil olaraq kiçik arzuları reallaşdıra bilərsiniz.


Tarix: 13-09-2019 10:48