Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Hərbiyyə” düşərgəsində növbəti gün


            “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin 4-cü günündə iştirakçılar üçün xüsusi təlimlər təşkil olunub.

            Belə ki, birinci xüsusi kəşfiyyat qrupu tərəfindən basqı və pusqunun nümayişi və təlimatlandırılması həyata keçirilib. Sonra iştirakçılar tərəfindən müvafiq təlimatların  parktiki icrası təmin edilib

            Həmçinin Koroğlu qalasına eksursiya təşkil edilib.

            Günün sonunda iştirakçılar tonqal başında əyləncəli vaxt keçiriblər.

            “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,  "ASAN Könüllüləri" Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir.

            Layihənin media tərəfdaşları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC,  ASAN Radio və www.azvision.az xəbər saytıdır.


Tarix: 30-08-2019 14:26