Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

BMT-nin Dövlət Xidmətləri Forumunda nazirlərin dəyirmi masası təşkil edilib


Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.

Forum çərçivəsində "Xidmətlərin səmərəli çatdırılması, yenilikçi transformasiya və məsuliyyətli institutların gücləndirilməsi üçün milli və yerli fəaliyyətin təşviqi" mövzusu üzrə nazirlərin dəyirmi masası təşkil edilib. Dəyirmi masa zamanı dövlət xidmətlərinin göstərilməsi, effektiv təsisatlar və Davamlı İnkişaf Məqsədləri ilə bağlı çağırışlara və digər çətinliklərə münasibətdə ayrı-ayrı ölkələrin gördükləri tədbirlər, təcrübələr, həmçinin birgə görülməli olan digər fəaliyyət növləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb.


Tarix: 26-06-2019 13:56