Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət”də Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib


14 iyun 2019-cu il tarixində “ASAN xidmət” mərkəzlərinin əməkdaşları və könüllüləri Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı Ömər Eldarovla görüşüblər.

Tədbir 15 iyun – Milli Qurtuluş günü münasibətilə təşkil olunub.

Görüşdə məhşur heykəltaraş ümummilli lider Heydər Əliyevlə olan xatirələrini bölüşüb, ilk dəfə ulu öndərlə tanışlığından söhbət açıb.

Xalq rəssamı öz yaradıcılığında ulu öndər Heydər Əliyevin ona dəstəyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və xatirə fotoşəkli çəkilib.


Tarix: 14-06-2019 19:27