Press-relizlər

Mingəçevir “ASAN Həyat” kompleksində konsert təşkil olunacaq


            9 may 2019-cu il tarixində Mingəçevir “ASAN Həyat” kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  konsert proqramı təşkil olunacaq. “ASAN xidmət”, Mingəçevir Şəhər  İcra Hakimiyyəti və ASAN Radionun birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert sakinlərə əsl bayram əhval-ruhiyyəsi yaşadacaq.

            Konsert proqramında Xalq artisti Brilliant Dadaşova səhnədə bir–birindən möhtəşəm mahnılarını ifa edəcək.

            “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.


Tarix: 07-05-2019 16:37