Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Startap Günləri” layihəsinə start verilib


8 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılan “Startap Günləri” layihəsinin təqdimat mərasimi keçirilib.

“Startap Günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstək olmaqdır.

Layihə internet biznesinin, innovasiyaların, startap hərəkatının güclənməsinə, maarifçilik işlərinin təşkilinə, startapçıların formalaşmasına və şəbəkələşməsinə xidmət edir.

3 ay müddətində 10 təhsil müəssisəsini əhatə edəcək layihənin sonunda “Startap Azərbaycan” yekun konfransı keçiriləcək.

Sonra seçilmiş ideyaların biznesə çevrilməsi üçün “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət davam etdiriləcək.

 


Tarix: 08-04-2019 17:46