Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi keçirilib


            21 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti - Azərbaycan, 2019”  layihəsinin bağlanış mərasimi keçirilib.

            Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev,  Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova və digər qonaqlar iştirak ediblər.

            Qonaqlar çıxış edərək Azərbaycan Respublikasında dövlət gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib, gənclərlə iş sahəsində ciddi nəticələrin əldə olunduğunu diqqətə çatdırıblar. Həmçinin ASAN könüllülərinin təşkilatçılığı ilə gənclər üçün vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, sosial məsuliyyət, fərdi inkişaf və s. istiqamətlərdə layihələrin həyata keçirildiyi vurğulanıb.  

            Tədbir təltifetmə mərasimi ilə davam etdirilib.

            Sonda xatirə şəkli çəkdirilib.


Tarix: 21-02-2019 16:50