Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

IOTA-nın icraçı katibi “ASAN xidmət”də


         19 fevral 2019-cu il tarixində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraçı katibi Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub.

          Qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

          Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

          Eyni zamanda, qonaq “ABAD” publik hüquqi şəxs, "ASAN Radio", 108 “Çağrı” mərkəzi və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olub.

          Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Tarix: 20-02-2019 10:11