Please ensure Javascript is enabled for purposes of website accessibility

Press-relizlər

“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb


            Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunub.

            ASAN Könüllülərinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən guşələr təşkil olunub, məlumatlandırıcı videoçarxlar, təqdimatlar nümayiş etdirilib. Həmçinin regionlarda Şəhidlər Xiyabanları ziyarət olunub,  Heydər Əliyev Mərkəzləri ilə birgə tədbirlər, fləşmoblar təşkil olunub. 

            Eyni zamanda ASAN Könüllüləri “Qərənfillərin ağladığı gün” adlı teatrı səhnələşdirəcəklər. 

           


Tarix: 19-01-2019 15:32