Press-relizlər

4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur


7 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub.

Bununla da ASAN xidmət mərkəzlərinin sayı 6-a çatdı. Bakı şəhərində 4 Gəncə və Sumqayıt şəhərlərinin hər birində 1 regional ASAN xidmət mərkəzi ümumilikdə 4 milyon 500 minədək vətəndaşa xidmət göstərəcək.

Beləliklə, Bakı şəhərinin sakinləri üçün qeydiyyat məhdudiyyəti aradan qaldırılaraq müvafiq xidmətlərdən yararlanmaq məqsədi ilə paytaxtda yerləşən istənilən “ASAN xidmət” mərkəzinə müraciət etmək imkanı təmin ediləcək.

4 saylı Bakı “ASAN xidmət” mərkəzi 15 may 2014-cü il tarixindən sakinlərə xidmət göstərməyə başlayacaq. 

 


Tarix: 06-05-2014 14:04